300 HƏRBÇİ, 18 TANK, 2 TƏYYARƏ… - Rusiyanın Ukraynadakı itkiləri haqda son açıqlama

Baxış sayı:
2464

Ukraynada 141 gün davam edən müharibədə Rusiya 37 870-ə yaxın hərbçi, 1667 tank və 219 təyyarə itirib.
Muxalifet.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da məlumat yayıb.
24 fevral - 14 iyul tarixlərində Rusiya Federasiyasının ümumi döyüş itkiləri təxminən belədir:
Canlı qüvvə - təxminən 37 870 (+300) nəfər,
tank - 1667 (+18) ədəd,
zirehli döyüş maşınları - 3852 (+20) ədəd,
artilleriya sistemləri - 840 (+1) ədəd,
MLRS - 247 (+0),
hava hücumundan müdafiə sistemləri - 109 (+0) ədəd,
təyyarə - 219 (+2) ədəd,
helikopter - 188 (+0) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 681 (+3),
qanadlı raketlər - 155 (+0) ədəd,
gəmilər / qayıqlar - 15 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər - 2720 (+16) ədəd,
xüsusi texnika - 67 (+0) ədəd.
Rusiya ordusu ən böyük itkiləri Kramatorsk istiqamətində verib.
Muxalifet.az