G7 nazirləri G20 toplantısında Lavrovu boykot ediblər

G7 ölkələrinin XİN nazirləri İndoneziyada G20 həmkarları ilə şam yeməyinə gəlməyiblər və Rusiyanın XİN naziri Sergey Lavrovun iştirakı üzündən görüşün ənənəvi fotosu çəkilməyib. Bu barədə "Yevropeyskaya pravda” məlumat yayıb.
İndoneziyanın Bali adasında G20 nazirlərinin görüşünə hazırlıqda Ukraynadakı müharibə və onun qlobal iqtisadiyyata təsiri mövzusu üstünlük təşkil edib və Qərb diplomatları Lavrov üzündən toplantıda əvvəlki əməkdaşlığın olmayacağını vurğulayıblar.
Yaponiyanın "Kyodo" agentliyi belə görüşlərdə keçirilən ənənəvi qrup fotosessiyasının baş tutmadığını bildirib. Agentlik bildirir ki, ABŞ və digərləri Ukraynanın işğalı ilə əlaqədar Rusiyanın XİN naziri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən yayınıblar.
"Reuters" isə xəbər verir ki, nazirlər görüşünün əvvəlində Rusiya XİN naziri Lavrov indoneziyalı həmkarı Retno Marsudi ilə əl sıxarkən "Müharibəni nə vaxt dayandıracaqsınız" və "Niyə müharibəni dayandırmırsınız" qışqırıqları səslənib.
Gərginliyi vurğulayan nazir Retno Marsudi daha əvvəl G7 həmkarlarının Lavrovun iştirak etdiyi cümə axşamı birgə şam yeməyinə qatıla bilməyəcəkləri barədə xəbərdarlıq edildiyini söylədi.
İndoneziya XİN-nin yüksək rütbəli rəsmisi də agentliyə bildirib ki, cümə günü keçiriləcək görüşdən heç bir kommünike gözlənilmir.
"Rusiyanın varlığı və iştirakı mən Ukrayna ilə bağlı konsensusun əldə olunacağına şübhə edirəm", deyə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi sammitdən əvvəl deyib.
“Bild” isə yazır ki, Lavrov “beynəlxalq hüququn bu cür pozulmasını qəbul etmirik” açıqlamasını planlaşdıran Almaniya XİN nazirinin çıxışından əvvəl iclası tərk edib.
Onunla foto çəkdirməkdən imtina edilməsinə münasibət bildirən Lavrov cavab verib ki, “heç kəsi şəkil çəkdirməyə dəvət etməyib. Ümumiyyətlə, mən heç kimi heç yerə dəvət etməmişəm, İndoneziya prezident Putini noyabrda keçiriləcək sammitə dəvət etdiyi kimi, məni də dəvət etdi. Vəssalam".
G7 nazirlərinin naharda iştirak etməməsinə gəlincə, Lavrov deyib ki, “bu, onların protokolu başa düşmələri və sadəcə olaraq nəzakətləri, etika qaydalarıdır”.