RUSİYA NEFTİNİ DAŞIYAN TANKERLƏR RADARDAN İTİB… – “Bloomberg”: “Son 10 gündə ən azı üç tanker gözdən itib”

Rusiya neftini daşıyan tankerlər gəmilərin hərəkətini izləyən xüsusi sistemlərin radarlarından tez-tez itməyə başlayıb. Belə ki, son 10 gündə ən azı üç tanker gözdən itib.
Bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, gəmilər sonuncu dəfə Portuqaliyadan çox da uzaq olmayan Azor adalarının yaxınlığında olub. Asiyaya üz tutan tankerlər bir müddət sonra radarlardan itib.
Nəşr qeyd edir ki, Azor adaları yaxınlığında tankerlərin nefti başqa gəmilərə yüklədiyi güçan edilir. Baxmayaraq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan əvvəl daşınma orada həyata keçirilmirdi. Neftin bir gəmidən digərinə ötürülməsi ümumi təcrübədir, lakin tankerlərin yeri adətən monitorinq sistemində görünür.
Jurnalistlər iddia edir ki, çoxsaylı anti-Rusiya sanksiyalarının tətbiqi fonunda bəzi alıcılar yanacaq alışı faktını gizli saxlamaq istəyirlər. Bu cür taktikalara İran və Venesueladan sanksiya tətbiq edilmiş neft daşıyıcıları da dəfələrləəl atıblar.