​FİNLANDİYA RUSİYA İLƏ MÜHARİBƏYƏ HAZIRDIR – “Bu baş verərsə, ölkə döyüşməyə hazırdır”

Baxış sayı:
1609

“Finlandiya onilliklər ərzində Rusiyanın mümkün hücumuna hazırlaşır, ona görə də bu baş verərsə, ölkə döyüşməyə hazırdır”.
Qafqaz.media xəbər verir ki, bu barədə Finlandiya Silahlı Qüvvələrinin komandanı, general Timo Kivinen “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Biz sistematik şəkildə müdafiəmizi xüsusi olaraq orada (Ukraynada - red.) aparılan döyüş əməliyyatları növü üçün inkişaf etdirdik: atəş gücü, zirehli texnika və aviasiyadan kütləvi şəkildə istifadə etməklə”, - general Finlandiyanın əhəmiyyətli arsenal yaratdığını əlavə edib. Onun sözlərinə görə, ölkəsi 370 km-ə qədər uçuş məsafəsi olan qanadlı raketlərlə təchiz edilib, Amerikanın Lockheed Martin şirkətindən dörd yeni döyüş gəmisi, 64 F-35 qırıcısı sifariş edib. Bundan əlavə, Finlandiya 2000-ə qədər pilotsuz təyyarə, hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır və Rusiya ilə sərhəddə hasar çəkir. Helsinki ÜDM-in 2%-ni müdafiəyə xərcləyir.
O, həmçinin Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət etmək qərarını alqışlayıb və qeyd edib ki, respublika onilliklər ərzində müdafiəsini gücləndirir.