“HƏR GÜN MİNLƏRLƏ İNSANI BELƏ SOYURLAR…” – Avtomobillərin qeydiyyatı idarəsində rüşvət yığılmanın şok görüntüləri / VİDEO

Baxış sayı:
7162

Ucar rayonu, Lək kənd sakini Məmmədov Yasin Əlisa oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində açıq-aşkar bazar açılıb. Belə ki, rəis Cavanşir Vəliyev və onun müavini Yusif İsmayılov vətəndaşlara qiyməti özlərinin təyin etdiyi dəllalar vasitəsi ilə elan edib, pulları onların vasitəsi ilə alırlar.
Mən 13 avqust 2021-ci il tarixdə 90 ZM 964 nömrəli “Mercedess Benz” markalı avtomobilimi oğlum Rahimin adına qeydiyyata aldırmaq üçün Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində olan zaman, rəis müavini Yusif  İsmayılov mənə bildirdi ki, “dəhlizdə Natiq adlı şəxsə yaxınlaş, o, sənə kömək edəcək”.
Mən Natiq adlı şəxsə yaxınlaşdıqda, o, mənim sənədlərimi alıb, qeydiyyat otağına getdi. Gəlib mənə bildirdi ki, 300 manat pul ödəməlisən. Mən bunun çox baha olmasını dedikdə, “sənə hörmət üçün 20 manat keçərlər, 280 manatdan bir qəpik aşağı olmayacaq”, - deyə cavab verdi.
Mən qeydiyyata görə dövlət rusumunun 18 manat, texniki baxışın isə 30 manat olmasını Natiqə bildirdikdə, o, mənə dedi ki, “dövlət rüsumu ilə danışırdınsa daha bura niyə gəlirdin”. Dedim bunun dövlət rüsumu 300 manat olmadığı halda nə üçün məndən bu qədər pul istəyirsiniz? O isə mənə bildirdi ki, “onlar istəyir, mən kiməm ki?!” – deyib, rəis müavini Yusif İsmayılovun iş otağını göstərdi.
Bütün bünları mən video-lentə almışam. Hətta avtomobilini həmin günü qeydiyyata alan vətəndaşı da idarənin qarşısında video-çəkliş etmişəm. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində baş alıb gedən korrupsiya cinayətinə görə, vətəndaşların necə əziyyət çəkmələrini gözü ilə görən dəhşətə gəlir.
Həmin video-çəklişi ona görə etdim ki, onların necə cinayət əməlləri ilə məşğul olmalarını subut edim.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində hər gün minlərlə insanı beləcə soyurlar.

Bu adamlar açıq-aşkar cinayət əməli ilə məşğul olsalar da, barələridnə heç bir tədbir görülmür. Mən Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev və onun müavini Yusif İsmayılovun cinayət əməli barədə mətbuat vasitəsi ilə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyətı orqanlara müraciət edirəm. Əlimdə olan video-görüntüləri də mətbuata təqdim edirəm. Bu şəxslərin fəaliyyətinin araşdırılıb, barələrində tədbir görülməsinə zərurət var.
Sizdən xahiş edirəm, Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin və onun müavini Yusif İsmayılovun korrupsiya əməlləri araşdırılsın barələrində ciddi tədbirlər görülsün”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.