Hökumət Pənah Hüseynin partiyasına ofis verdi
30-03-2021 10:32
Baxış sayı:
682

Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Bu prosesin davamı olaraq, martın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edilib.