VƏTƏN MÜHARİBƏSİNDƏ YARALANAN ƏSGƏRİMİZ KOMADAN AYILMADI - Əli İsmayılov doğulduğu kənddə dəfn olundu
25-03-2021 16:34
Baxış sayı:
979

Vətən müharibəsi döyüşlərində ağır yararlanaraq komya düşən və martın 25-də şəhidlik zirvəsinə ucalan əsgər Əli İsmayılov dəfn olunub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, o, doğulduğu Goranboy rayonunun Qaradağlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, rayon sakinləri və rəsmi şəxslər iştirak ediblər.
***4:57
Vətən müharibəsi zamanı ağır yaralanaraq komaya vəziyyətinə düşən əsgər İsmayılov Əli Vaqif oğlu şəhid olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, həkimlərin səylərinə baxmayaraq onu komadan ayıltmaq mümkün olmayıb.
Şəhid bu gün dəfn ediləcək.
Qeyd edək ki, Ə.İsmayılov 2001-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.
Allah rəhmət eləsin!