NƏCMƏDDİN SADIKOV DUBAYDA KEFDƏDİR - O, şayiələrə video ilə cavab verdi... / VİDEO)

Baxış sayı:
1540

Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan Nəcməddin Sadıkovun Dubayda çimərlikdə çəkilmiş videogörüntüləri yayılıb.

Belə ki, sosial şəbəkələrdə sürətlə yayılan və müzakirə olunan görüntülərin bugünlərdə çəkildiyi iddia olunub.

General-polkovnik Nəcməddin Sadıkov vəzifəsindən uzaqlaşdırılandan sonra onun barəsində çoxsaylı şayiələr yayılmışdı. Hətta müharibənin gedişi zamanı Sadıkovun saxlanıldığı, evlərində axtarış aparıldığı da bildirlirdi.

Azərbaycan Müdafiə Nazirliyi bu şayiələrə “Nəcməddin Sadıkov hazırda xidmətdə deyil” məzmunlu qısa açıqlama ilə münasibət bildirmişdi.

Lakin bu gün sosial şəbəkələrdə yayılan görüntüləri N.Sadıkovun özünün bu söz-söhbətlərə cavabı kimi də qəbul etmək olar. Belə ki, diqqətlə baxdıqda, onun çəkiliş aparılmasından xəbərdar olduğu təəssüratı yaranır./azpolitika