Belarusda iki mindən çox insan saxlanılıb
12-08-2020 01:09
Baxış sayı:
1846

Təkcə ötən gün ərzində Belarusda iki mindən çox insan saxlanılıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, avqustun 10-da müxtəlif internet resurslarında ölkənin müxtəlif yaşayış məntəqələrinin mərkəzi hissəsində icazəsiz tədbirlər keçirmək çağırışları səslənib. Daxili İşlər Nazirliyi asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər həyata keçirib.