Bakıda tibb bacısına qarşı soyğunçuluq
28-07-2020 10:04
Baxış sayı:
6233

Bakıda xəstəxanada soyğunçuluq hadisəsi baş verib.
Hadisə iyulun 27-i günorta saatlarında Neftçilər Xəstəxanasında qeydə alınıb.
Belə ki, naməlum şəxs Xəstəxanada tibb bacısı işləyən şəxsin içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini dolabdan soyğunçuluq yolu ilə ələ keçirib.
Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törtəməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vəli Əlizadəsaxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.