Türkiyənin Azərbaycandakı Səfirliyindən bayram TƏBRİKİ

Baxış sayı:
2724

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşaviri, hörmətli Hüseyn bəy Altınalan Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik mətnində deyilir:

Çox vacib proseslərin və çətinliklərin yaşandığı bir mərhələdən keçdiyimiz bu dövrdə, Qarabağın işğalına və ölkələrimizə qarşı düşmənçilik fəaliyyətinə son qoyulması üçün hər zaman birlik və bərabərlik içində, sevgi, hörmət, həmrəylik və yardımlaşma ruhu ilə bütün insani dəyərlərə sarılmalıyıq.

Bu duyğu və düşüncələrlə mənfiliklərin, küsülülüklərin, narahatlıqların aradan qalxmasını və epidemiyanın sona çataraq sağlam şəkildə yenidən birlikdə olmağı arzu edir, Ramazan bayramının yeni ümidlərə, inanclara və gözəlliklərə vəsilə olaraq Türk və İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Həsrətini çəkdiyimiz bayramlara qovuşmaq ümidilə...

Bayramımız mübarək olsun!