​Şəmkir sakini 4-cü dəfə intihara cəhd etdi

Gəncə şəhərində intihara cəhd edilib. Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərli şəhərin mərkəzində yerləşən yeni tikilmiş hündür mərtəbəli binanın 8-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib. Əraziyə polis əməkdaşları gəlib. Onunla aparılan söhbətdən sonra fikrindən daşındırmaq mümkün olub. T. Ələsgərli yaşayış yeri ilə bağlı problemlə üzləşdiyini və şikayətinə baxılmadığını deyib.
Qeyd edək ki, T. Ələsgərli 4-cü dəfədir ki, intihara cəhd edir. O bir dəfə Gəncədə, bir dəfə də Bakıda hündürlüyə çıxaraq özünü yerə atmaq istəyib. Bundan başqa, T. Ələsgərli dünən neft içərək zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdi(apa).