GÜRCÜSTANDA AZƏRBAYCANLI QADIN KORONAVİRUSDAN ÖLDÜ – Baş nazir başsağlığı verdi... / YENİLƏNİB - 2

Gürcüstanın baş naziri koronavirusdan ölən azərbaycanlı qadınla bağlı başsağlığı verib
Gürcüstanın baş naziri Giorgi Qaxaria koronavirusdan ölən azərbaycanlı qadının ailə üzvləri və yaxınlarına başsağlığı verib.
Hökumət başçsı həmin pasiyenti xilas etmək üçün həkimlərin mümkün olan hər şeyi etdiklərini bildirib.
Baş nazir qadının ölümünü faciəvi hadisə adlandırıb: “Biz bu kimi halların minimuma endirilməsi üçün ciddi addımlar atırıq”.
***
Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.
“Report”un yerli bürosu xəbər verir ki, o, Bolnisi rayonunun Kəpənəkçi kənd sakini olub.
***
Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.
Pasiyentin Marneulidən olduğu bildirilir.
Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.