Fransada koronavirusdan ölənlərin sayı 400 nəfəri keçdi
21-03-2020 00:46
Baxış sayı:
1990

Fransada COVİD-19 epidemiyasından ölənlərin sayı 450 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.
O, qeyd edib ki, son gün ərzində Fransada 75 nəfər yeni virusun qurbanı olub. Onların 87 faizinin yaşı 70-dən yuxarıdır.
“Epidemiya ölkədə tədricən yayılır, vəziyyət sürətlə pisləşir, virusun yayılma tempi intensivləşir”, - Jerom Salomon deyib.
Hazırda Fransada koronavirusa yoluxanların sayı 12 612 nəfərə çatıb. Onların 5 226-sı xəstəxanada, 1 297-si ağır vəziyyətdə reanimasiyadadır.
Ekspertlər təxminən 5-8 günə vəziyyətin pik həddə çatacağını güman edir.