Rusiyada koronavirusla bağlı yüksək hazırlıq rejimi elan olundu

Baxış sayı:
1930

Rusiyada koronavirusla mübarizə aparmaq məqsədilə yüksək hazırlıq rejimi elan olunub.

Rejimə sonuncu olaraq İnquşetiya Respublikası qoşulub. Beləliklə, bu rejim ölkənin bütün ərazisini əhatə edir.

AzərTAc xatırladır ki, son məlumata görə, Rusiyada 253 koronavirusa yoluxma halı qeydə alınıb. Təkcə bir gün ərzində ölkənin 9 regionunda 54 xəstə aşkarlanıb.