Türkiyə Əsədin daha bir təyyarəsini MƏHV ETDİ - Bu, üçüncü oldu...
3-03-2020 13:47
Baxış sayı:
2104
Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarələri Bəşər Əsəd rejiminin daha bir döyüş təyyarəsini vurub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA rəsmi xəbər agentliyi informasiya yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminin L-39 tipli təyyarəsinin vurulduğu təsdiqlənib.
Qeyd edək ki, bu, “Bahar qalxanı” hərəkatı çərçivəsində İdlibdə Türkiyə tərəfindən vurulan 3-cü təyyarədir.