Bakıdan Belarusa gedən şəxsdə koronavirus aşkarlandı
28-02-2020 11:42
Baxış sayı:
2347

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb.
Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.