Türkiyə Əsəd ordusuna zərbə endirdi
22-02-2020 22:41
Baxış sayı:
2436
Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində 21 hədəfi atəşə tutub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbə ölkənin şimali-qərbindəki Türkiyə mövqelərinin Suriya ordusu tərəfindən atəşə tutulmasına cavab olaraq endirilib.
Belə ki, bir qədər əvvəl həmin ərazidə türk hərbçisi şəhid olmuşdu.