Süleymaninin qızından ŞOK SÖZLƏR - “Dəli Tramp, ABŞ və İsrail qara günlərlə üzləşəcək”

Baxış sayı:
3921

ABŞ-ın öldürdüyü İran generalı Qasın Süleymaninin qızı Zeynəb atasının dəfn mərasiminə ABŞ və İsrailə səslənib.
İran KİV-ləri xəbər verir ki, o, atasının ölümü ilə hər şeyin bitməyəcəyini deyib.
"Dəli Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitəcək”- deyə o dəfndə çıxış edib. O ABŞ və İsrailin buna görə qara günlərlə üzləşəcəyinə əmin olduğunu əlavə edib.
Ali dini lider Ayətullah Xameneyinin başçılığı alıtnda Süleymaninin dəfn mərasimi yanvarın 6-sı səhər Tehran Universitetində başlayıb. Vida mərasiminə prezident Həsən Ruhani, parlament sədri, nazirlər və hərbi komandanlıq təşrif buyurub./modern.az