​Sumqayıtda evdə GÜCLÜ PARTLAYIŞ: Xəsarət alanlar var

Baxış sayı:
18472

Sumqayıtda evdə partlayış olub. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində ev sahibləri – 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.