​"AZƏRBAYCANDA TƏCİLİ HƏLL OLUNASI İKİ PROBLEM VAR..." - Aslan İsmayılovdan Əli Həsənov haqda sərt açıqlamalar

Baxış sayı:
4429

Tanınmış hüquqşünas Aslan İsmayılov "Kanal - 13" internet televiziyasının "Müzakirə Saatı" verilişində sərt açıqlamalarla çıxış edib. Belə ki, media sahəsində mövcud olan problemlərlə bağlı ona ünvanlanan suala cavabında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu ittiham edib. Hüquqşünas bildirib ki, bu ittihamları səsləndirmək üçün əlində ciddi faktlar var və ölkə başçısı onu qəbul edərsə, həmin faktları bir-bir təqdim edə bilər. A.İsmayılovun həmin müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik: