Bəşər Əsədin arxayınlığının səbəbləri

Baxış sayı:
7564

Suriya liderinin son çıxışı cəbhədəki vəziyyətin real mənzərəsinə uyğundur

Suriya prezidenti Bəşər Əsəd əsas hədəfinin “ABŞ əsgərlərinin qəflətən geri çəkilməsi, kürdlərin idarə etdiyi ərazilərdə dövlət hakimiyyətinin yenidən qurulması” olduğunu deyib. BBC-nin xəbərinə görə, dövlət televiziyasına müsahibəsində B.Əsəd bildirib ki, bununla yanaşı “bölgədə əmələ gələn yeni həqiqətə hörmət ediləcək”.

Əsəd dövlət hakimiyyətinin mərhələ-mərhələ həyata keçiriləcəyini deyib. Sitat: “Bu irəliləyişlə istədiyimizə tamamilə nail olacağıq. Ancaq yaxın gələcəkdə bu bölgəni tamamilə azad etməyə nail olacağımıza ümidvaram”.

Suriya ordusunun ölkənin şimal-şərqinə qayıtmağını “bu məqsədlə atılan ilk addım” hesab edən Əsəd bu ərazilərdə dövlətin hakimiyyəti bərpa olunanda “ərazidəki yeni həqiqətə hörmət ediləcəyini” deyib.

“Sülh çeşməsi” ile ilgili görsel sonucu

Suriya prezidenti “yeni həqiqət” dedikdə kürdlərin muxtariyyət və ya başqa sözlə, federal subyekt tələblərini qəsd edir. Məsələ ondadır ki, 2013-cü ildə Suriya ordusu ölkənin şimal-şərqindən geri çəkilmişdi və əraziləri YPG idarə etməyə başlayıb. Bundan sonra kürdlər, qismən də İŞİD və digər islamçı qruplar Suriya-Türkiyə sərhədi və ümumilikdə şimal və şimal-şərq rayonlarını ələ keçirib. 2017-ci ildə isə İŞİD ABŞ koalisiyasının dəstəyi ilə kürdlər tərəfindən məğlub edilib və şimal-şərq rayonları tamamilə kürdlərin əlinə keçib. Qərb sərhədləri isə Türkiyə və Ankaranın dəstək verdiyi silahlı qrupların nəzarətinə keçib.

Lakin bu ilin oktyabrında bölgədə situasiya dəyişib. Oktyabrın 9-da Türkiyə ordusu Suriyanın Türkiyə ilə sərhəd bölgələrində “Sülh çeşməsi” əməliyyatına başlayıb. Bundan sonra kürdlər və ya indiki deyimlə “Suriya Demokratik Qüvvələri” koalisiyası Türkiyə ordusuna müqavimət göstərə bilmədiyi üçün geri çəkilib və bu zaman Rusiyanın vasitəçiliyi ilə kürdlərlə Suriya hökuməti arasında danışıqlar başlayıb. Bu danışıqların nəticəsində kürdlər Menbic, Kobani, Hasake, Raqqa kimi iri şəhərlər də daxil olmaqla, şimal-şərq regionunda iri yaşayış məntəqələri və strateji nöqtələri, o cümlədən sərhəd məntəqələrini Suriya ordusuna təhvil verib. Hansı ki, həmin vaxt ABŞ ordusu artıq bu ərazilərdən çəkilmişdi.

“Sülh çeşməsi” ile ilgili görsel sonucu

Daha sonra ABŞ və Türkiyə, ardınca isə Türkiyə və Rusiya arasında əldə olunan razılaşmalarla “Sülh çeşməsi” əməliyyatı dayandırdıldı. Bəşər Əsəd müsahibəsində oktyabrın 22-də Türkiyə prezidenti R.Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin əldə etdiyi razılaşmayla “YPG güclərinin sərhəddən 30 km cənuba çəkilməsinə qərar verilməsinin” yekun hədəfə nail olmağa kömək etdiyini deyib.

Maraqlıdır ki, bir neçə gün əvvəl Suriya Müdafiə Nazirliyi SDQ qüvvələrinə Suriya ordusuna qoşulmaq çağırışı edib. Eyni zamanda Suriya DİN də SDQ “asayiş” qüvvələrinə müraciət edərək Suriya polisinə qatılmağa dəvət edib. Lakin kürdlər bu təklifi rədd edib və bunun üçün xüsusi razılaşma və özəl status tələb ediblər.

Maraqlıdır ki, ötən gün Suriya Demokratik Qüvvələri orduya qoşulmaqla bağlı daha bir açıqlama verib. SDQ-nin siyasi qolu olan “Demokratik Suriya Məclisi”nin rəhbəri İlham Əhməd bildirib ki, mərkəzi hökumətlə kürd regionlarının idarə forması ilə bağlı razılaşma əldə olunduqdan və Suriya ordusu yenidən formalaşdırıldıqdan sonra kürdlər (yəni SDQ) orduya qatılmağa hazırdır.

Assad ile ilgili görsel sonucu

Lakin belə görünür ki, Suriya prezidenti bu məsələdə tələsmir. Dövlət televiziyasına müsahibəsində Bəşər Əsəd kürdlərin əllərində əksəriyyəti ABŞ tərəfindən verilən silahların Suriya ordusuna dərhal verilməsini istəmədiyini bildirib. Onun sözlərinə görə, Suriya ordusu əvvəlcə bu ərazilərdə təhlükəsizliyi təmin edəcək. Həmçinin o, Türkiyə ilə Rusiyanın birgə həyata keçirəcəkləri patrul xidməti barədə ifadəsində “müvəqqəti” kəlməsini istifadə edib.

Xatırladaq ki, Putin və Ərdoğan arasında 22 oktyabrda əldə olunmuş razılaşmaya əsasən sərhəd zolağından 7-10 kilometr arasında ərazidə Rusiya və Türkiyə birgə patrulu həyata keçiriləcək. Noyabrın 1-dən etibarən artıq Rusiya və Türkiyə silahlı qüvvələri Suriyanın şimalında birgə patrula başlayıb. Bununla bağlı Türkiyə ordusu əsir götürdüyü 18 Suriya hərbçisini ruslara təhvil verib.

Oktyabr ayında baş verən proseslər Suriya prezidenti Bəşər Əsədi xeyli rahatlaşdırıb. Artıq ölkənin 70 faizə yaxınına faktiki olaraq Bəşər Əsəd və müttəfiqləri nəzarət edir. Halbuki 5 il əvvəl bu rəqəm 30-35 faiz həndəvərində idi. Eyni zamanda indi Rusiya, İran və Türkiyə faktiki olaraq Suriyanın ərazi bütövlüyünün bərpa olunması və sabitliyin bərqərar olunmasına dəstək verir. Bütün bunlar Bəşər Əsəd üçün indi tarixi fürsətdir. Bu səbəbdən də Suriya lideri indi rahat danışır.//musavat