"Bloomberg" agentliyi varlanmağın yolunu açıqladı...

Baxış sayı:
9247

"Ucuz valyuta"ya yatırım gələcəkdə daha çox gəlir gətirəcək

Yaxın illərdə Çin, İndoneziya, Hindistan, Türkiyə və Çili kimi ölkənin milli valyutalarına ("ucuz valyuta") yatırım daha çox gəlir gətirəcək. Bu barədə "Bloomberg" agentliyi yazıb. Agentliyin araşdırmasına görə, son 1 ilin 8-9 aylıq hissəsində adları çəkilən ölkələrin pulları ABŞ dolları qarşısında bahalaşıb. Bəs görəsən, bu pullara yayırım etmək Azərbaycan vətəndaşları üçün də sərfəlidirmi? Bu yolla gəlir qazanmaq nə dərəcədə realdır? Neft Fondu vəsaitlərini bu dövlətlərin milli valyutasına yatırım etməklə gəlirlərini artıra bilərmi?

Məlumat üçün qeyd edək ki, 1 Çin yuanı 0.2415 manat, 100 İndoneziya rupiası 0.0121 manat, 1 Hindistan rupisi 0.0240 manat, 1 Türkiyə lirəsi 0.2978 manat, 100 Çili pesosu 0.2301 manatdır.

Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, strateji baxımdan uzunmüddətli dövrdə həmin valyutalara investisiya etmək cəlbedici deyil: “Bu valyutalarda voltilliyin yüksək olmasını da nəzərə almaq lazımdır. Müəyyən müddətdə həmin valyutalar gəlir gətirə bilər, qısa və orta müddətdə gəlir əldə edilməsi mümkündür. Ancaq strateji müddətdə baxsaq, bu gəlirlər həm də yüksək risklərlə ifadə olunur. Qonşu Türkiyə lirəsi son aylarda mövqeyini qoruyub saxlasa da, lirənin məzənnəsini yalnız Türkiyə iqtisadiyyatının mövcud durumu deyil, həm də siyasi qərarlardan asılıdır. Türkiyə ilə Qərb və ABŞ arasındakı münasibətlərdən birbaşa asılıdır. Digər ölkələrin də milli valyutalarına, xüsusən də ABŞ-la münasibətlər ciddi təsir göstərir. Söhbət adı çəkilən ölkələrdən gedir”.

Vüqar Bayramov ile ilgili görsel sonucu

İqtisadçı vurğuladı ki, əgər Azərbaycan öz rezervlərinin bir hissəsini həmin valyutalarda saxlayırsa, o zaman qısamüddətli dövrdə verilən qərarlar olmalıdır: “Qısa zamanda vəsaitlərin istiqamətinin dəyişdirilməsinə ehtiyac var. Dövlət Neft Fondu əvvəlki illərlə müqayisədə vəsaitlərinin bir qismini lirə və rus rublunda saxlamışdı. Bu valyutalar müəyyən müddətdə gəlirlilik təmin etsə də, sonradan kəskin əyər itirdilər. Bu da həmin valyutalara yönəldilmiş vəsaitlərin dəyərsizləşməsinə gətirib çıxatdı. Strateji baxımdan həmin valyutalara sərmayə qoyuluşu arzuolunn deyil. İqtisadi baxımdan qısa və ortamüddətli dövrdə gəlir əldə etmək olar, uzunmüddətli dövrdə isə həmin valyutaların gəlirlilik səviyyəsinin yüksək olması ehtimalı azdır. Əksinə riskləri daha çoxdur. Gəlirlilik vacibdir, Dövlət Neft Fondu tərəfindən az riskli istiqamətlərə vəsaitlərin yönəldilməsi siyasəti davam etdirilir. Sərmayə qoyuluşu zamanı risk faktoru əsas faktorlardan biri kimi nəzərə alınmalıdır”.