“Gözünü çıxardıram” - Aqşindən Orxanın “xəyanət məsələsi”nə reaksiya
24-09-2019 18:39
Baxış sayı:
15721

Meyxanaçı Aqşin Fateh həmkarı Orxan Lökbatanlıya dəstək olub.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə O. Lökbatanlı ilə fotosunu paylaşan meyxanaçı “Başı bəlalı qardaşım. Mənə deyir: “Bunlarla necə bacarırsan? Bir şəkillə adıma 100 söz çıxartdılar”. Mən də dedim: “Söz çıxardanın gözünü çıxardıram”.
Xatırladaq ki, bir müddət əvvəl Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə fotoları yayılıb. Sosial şəbəkədə olan görüntülərdən onların eşq yaşadığı məlum olub. Aysu Bədəlzadə isə paylaşımın altında ona verilən "Orxanla sevgilisiz?" sualını "Hə" deyə cavabıandırmışdı.