"Duz gölünə axıdılan maye xırda göllərin suyudur" - Qida Təhlükəsizliyi Agentliyindən "DUZLU" AÇIQLAMA - VİDEO

Baxış sayı:
15688

Masazır Duz Zavodunun əsas xammal mənbəyi sayılan Masazır gölünə kanalizasiya tullantılarının axıdılması ilə bağlı görüntülərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) rəhbərliyi tərəfindən münasibət bildirilib. 

AQTA-nın Aparat rəhbəri Zəkiyyə Mustafayevanın adından Demokrat.az-a daxil olan müraciətdə Duz gölünə çirkab sularının axıdılması təkzib olunur. 

Qurumun müraciətində qeyd olunur ki, Masazır kəndində yerləşən Duz gölünə axıdılan sular həmin ərazidə yerləşən müxtəlif xırda göllərin suyudur. 

Image result for Duz gölü kanalizasiya

"Duz gölünə çirkab sularının axıdılması ilə bağlı məlumata əsasən, "Azərbaycan Duz İstehsalat Birliyi" MMC-yə məxsus duz istehsalı müəssisəsində və Masazır kəndində yerləşən duz gölündə araşdırmalar aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Duz gölünün ətrafında yerləşən yaşayış binalarının çirkab suları kanalizasiya sisteminə axıdılır və iki nasos vasitəsilə mərkəzləşdirilmiş kanalizasiya sisteminə vurulur", - deyə rəsmi müraciətdə qeyd olunur. 

Image result for Duz gölü kanalizasiya

AQTA bəyan edir ki, sözügedən müəssisədə istehsal olunan "Azərduz" və "Salute" nişanlı duzlardan nümunələr seçilərək, təhlükəsizlik göstəricilərinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib və yoxlanılmış məhsullar normativ sənədin tələblərinə uyğun olub. 

Image result for Duz gölü kanalizasiya

Xatırladaq ki, "Azərsun" Holdinqin inşa etdirdiyi Masazır Duz Zavodunun əsas xammal mənbəyi sayılan Masazır gölünün ekoloji fəlakətlə üzləşməsi barədə məlumatlar yayılıb. 

Bu barədə Masazır sakinləri "Kanal 13"-ə müraciət ediblər. 

Həmin görüntüləri təqdim edirik: