NATO əsgərlərinə SİLAHLI HÜCUM: yaralılar var

Baxış sayı:
14251

Əfqanıstanda xidmətdə olan NATO əsgərləri hücuma məruz qalıb.

Ölkənin cənubunda yerləşən Qəndəhar hava limanında əfqan polisi NATO əsgərlərinə atəş açıb.

Silahlı hücumda 3 alyans əsgəri yaralanıb.

Taliban qruplaşması isə 12 ABŞ əsgərinin öldürüldüyünü iddia edib. Hücumun məsuliyyətini də Taliban öz üzərinə götürüb. Təşkilatdan verilən açıqlamada hadisəni törədən şəxsin əvvəlcədən əsgərlərin arasına yerləşdirildiyi bildirilib.