Misir QARIŞIR: Ordu xalqı küçələrə çağırdı

Baxış sayı:
14050

Misirdə prezident Əbdülfəttah əs-Sisiyə qarşı davam edən etiraz aksiyalarında ordu hərəkətə keçib.

Sabiq Baş qərargah rəisi Sami Anana sadiq qaldıqlarını elan edən Misir Zabitlər Cəbhəsi xalqı küçələrə çıxmağa çağırıb və etirazçıları qoruyacağını vəd edib.

“Middle East Monitor”da yayımlanan xəbərə görə, Misir ordusu Sisinin devrilməsini istəyir. Qrupun rəsmi mətbuat katibi seçilən doktor Mahmud Rüfət ordunun çağırışlarını təsdiq edib.