"Həyata qayıtma şansı Allahın əlindədir" – Vurğun Əyyubun həkimindən AÇIQLAMA
23-09-2019 17:19
Baxış sayı:
17149

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti kritikdir.
Muxalifet.az xəbər verir ki, bu barədə sherg.az-a V.Əyyubun həkimi, professor Adil Qeybulla məlumat verib.
Həkim qeyd edib ki, V.Əyyubun həyata qayıtma şansı Allahın əlindədir:
"Doğrudur, onun vəziyyəti olduqca ağırdır. Amma hər halda Allah istəyərsə, o, həyata qayıda bilər".
A.Qeybulla sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Sosial şəbəkələrdə Vurğun bəyin ölümü ilə bağlı yayılan xəbərlər tamamilə yalandır. İstifadəçilər gərək, diqqətli olsunlar və belə dezinformasiya yaymasınlar".