Ermənilər torpağımızdakı növbəti şərab festivalında belə kef etdi... - FOTOLAR
23-09-2019 08:31
Baxış sayı:
14200

Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsində separatçı-terrorçu erməni rejimi tərəfindən “6-cı şərab festivalı” keçirilib. Moderator.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, qəsəbədəki qədim Azərbaycan tarixinə aid abidələrin ərazisində keçirilən tədbirdə 31 şərab istehsal edən şirkət və 20 şəxsi təsərrüfat iştirak edib. 80 pavilyonda şərabdan əlavə, Azərbaycan torpaqlarında yetişdirilmiş digər məhsullar, o cümlədən bal, doşab, müxtəlif meyvələr və s. təqdim edilib. Festivala əsasən Rusiyadan gəlmiş xarici turistlər də qatılıb.