"Azərişıq"a məxsus maşın aşıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
18-09-2019 14:23
Baxış sayı:
25288

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi görə, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər - Zahid Qurbanov və Namiq Rüstəmov ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.