Şəmkirdə QƏZA: Xəsarət alanlar var
29-07-2019 16:21
Baxış sayı:
4321

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.