Rusiyadan Azərbaycana gələn mikroavtobus QƏZAYA DÜŞDÜ: 2 ölü, 6 yaralı - FOTO

Baxış sayı:
4435

İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlikn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.Qəza M4 "Don" magsitralının 954-cü kilometrində baş verib.