​Azərbaycanlılarmı, suriyalılarmı? - Türkiyədə SORĞU​

Baxış sayı:
4510

Türkiyədə əhali arasında sorğu keçirilib. Respondentlərdən Azərbaycan və azərbaycanlılarla bağlı fikir soruşulub. "Əgər Azərbaycandan ölkəmizə qaçqın axını olsa, mövqeyiniz necə olar?" sualına cavabda rəy bildirənlər ölkəmiz və millətimiz haqda çox yüksək fikirlər bildiriblər. "Biz bir millətik, qardaşıq, bir canıq" deyən respondentlərə bu sualın verilməsinə isə son günlər Türkiyədə suriyalı qaçqınlarla bağlı yaranan gərginlik səbəb olub. Rəyi soruşulan vətəndaşlar suriyalıları ölkələrində görmək istəmədiklərini, azərbaycanlılar haqda isə "onlar gəlsə, gözümüz üstə yerləri var" deyiblər. /Musavat