Qarabağda atışma - DAHA BİR ERMƏNİ İŞĞALÇISI MƏHV EDİLDİ

Baxış sayı:
2359

Cəbhə xəttində baş verən atışmada bir erməni hərbçisi həlak olub.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 1995-ci il təvəllüdlü hərbçisi Arman Bulqadaryan  cəbhənin şimal-şərq istiqamətində öldürülüb.

Artsrun Ovannisyan əlavə edib ki, əsgər Azərbaycan tərəfdən atılan atəş nəticəsində ölüb.