Ermənistanın Suriyada TERROR SİYASƏTİ - Paşinyanın Tehran rejimi ilə üst-üstə düşən maraqları...

Baxış sayı:
6667

Rəsmi Dəməşq rejiminin əsla qəbul etmədiyi və etnik separatizmi sərgiləyən “Rojava Kürd Dövləti”nin yanında yer almaq ermənilərin nə qədər riyakarcasına oyun oynadıqlarını ortaya qoyur

Suriyada vətəndaş müharibəsinin uzun müddətdir davam etməsinin səbəbləri sırasında İran və Ermənistanın ortaq maraqları da ön plana çəkilməlidir. Suriyada Bəşər Əsəd rejiminin dəyişməməsi üçün hər iki ölkə 29 ildir birgə hərəkət edirlər. Çünki 20 ildən çoxdur ki, Suriyada ölkə əhalisnin 8 faizini təşkil edən şiə azlığı hakimiyyətdədir və durumun bu həddə olması Tehran rejiminin maraqları ilə üst-üstə düşür. Ermənistanın strateji hədəfi isə Ağ Dəniz hövzəsi və Orta Doğu siyasətində Fələstin, Livan, Liviya, Suriya, Misir, Küveyt, Bəhreyn, Oman, Sudan, Yəmən, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran və digər dövlətlərin “antitürk” proseslərində yer almaq, “Qan Çanağı”na dönmüş bölgədəki “qara bazarda” ənənəvi mövqelərini qorumaqdır.

“Ozanyan Alayı” bəşəri cinayətlərin önündə gedir

2014-cü ildə Suriyanın Rojava bölgəsində PKK, YPG, PYD, KDP, PJAK və digər terrorçu qruplaşmalarla birlikdə ermənilər özlərinin “Ozanyan Alayı”nı yaratdılar. Bu alayda vaxtilə Suriya ordusunda xidmət etmiş peşəkar erməni zabitləri üstünlük təşkil edirdilər. Türkiyə ilə sərhəddə türkmənlərin kompakt yaşdıqları bölgəni təmizləməklə orada “Rojava Kürd Dövləti”nin qurulması üçün hazırlıqlar görülürdü. Sözdə guya bu iki hərbi qruplaşma “İŞID” terrorizminə qarşı döyüşmək üçün yaradılıb. Əslində Türkiyə ilə sərhəd bölgəsində etnik separatizmi körükləyən bölgə siyasətinin yanında durduqlarını heç də gizlətməyiblər. Erməni politoloqları hətta bu məqsədlə uydurma bir ideya irəli sürməklə özlərinin terrorçu hədəflərinə qanuni don geyindirmək hədəfi ilə çıxış ediblər. Guya “Suiryada yaşayan erməni əhalisi İŞID terrorizmi və Türkiyənin antierməni hədəflərinin ortasında qalıblar və buna görə də silahlanmağa məcbur olublar”.
“Rojava dövləti”ni elan etməklə və özlərini “Suriya Demokratik Gücləri”nin hərbi birləşmələri adlandırmaqla bölgədə bəşəri cinayətlərin üstünü qapamaq taktikası ilə hərəkət ediblər. Türkiyə ilə sərhəd bölgəsi olan Qamışlı rayonu və ətrafındakı bütün kəndlərdən türkmən əhalisini didərgin salmaqla etnik təmizləmə siyasətinin rəzaləti göz önündədir. Bütün bunlarla yanaşı, ermənilər “ikibaşlı” oyun qaydası ilə hərəkət edirlər.
1. Suriyanın qanuni hakimiyyətin rəhbəri Bəşər Əsədi müdafiə etmək;
2. Rəsmi Dəməşq rejiminin əsla qəbul etmədiyi və etnik separatizmi sərgiləyən “Rojava Kürd Dövləti”nin yanında yer almaq ermənilərin nə qədər riyakarcasına oyun oynadıqlarını ortaya qoyur.
Suriyadakı böhranların əsas səbəbkarlarından biri də İran molla rejiminin bölgədə söz sahibinə çevrilməsidir. Ölkənin ikinci böyük şəhəri Hələbin İran rejiminə bağlı “Hezbollah” silahlı qüvvələrinin nəzarəti altında olması ermənilərin də əl-qolunu açan faktorlardan biridir. Beləliklə də ermənilərin silahlı terror qruplaşmaları “Ozanyan Alayı” adı altında Dəməşq, Hələb, Qamışlı və Deyr əz Zor bölgələrində XXI yüzllin soyqırımlarında yaxından iştirak ediblər.

İrəvan üzərindən Hələb siyasəti

Suriyada ermənilərə məxsus silahlı terror qruplaşmaları həm də “muzdlu qoşun” statusu ilə tanınırlar. Onlar Yaxın Şərq ölkələrində maraqları olan istənilən dövlətin sifarişlərini həyata kelçirmək üçün yaradılıblar. Bu gün Suriyadakı ermənilərin hərbi qruplarına maliyyə dəstəyinin İran molla rejimi tərəfindən verilməsi artıq kimsəyə sirr deyil. Çünki, “Ozanyan Alayı” “Hezbollah”la birgə addımlayır.
18 sentyabr 2018-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfəri zamanı o açıq şəkildə bildirib ki: “Ermənistanı 20 ildir idarə edən hərbi xunta bir daha hakimiyyətə gələ bilməyəcək. Dağlıq Qarabağ rejiminə isə, maddi və hərbi baxımdan əvvəlki illərdən fərqli olaraq rəsmi İrəvanın yetərincə yardımlar etmək imkanları məhdudlaşacaqdır”. 1998-2018-ci illərdə Ermənistanı hərbi xunta qanunları ilə idarə etmiş sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan isə bildiriblər ki: “Bu gün Dağlıq Qarabağ Bako Saakyan və Arkadi Qukasyanın nəzarətindədir. Əgər Dağlıq Qarabağla bağlı təhlükəsizlik baxımından problemlər yaranarsa, o zaman Hələb üzərindən gücümüzü artırmaq imkanlarını reallaşdıracağıq”.
Qeyd edək bu təhdidin ortaya atılması əslində “Ozanyan Alayı”na və onun strateji müttəfiqi olan “PYD”, “PKK”, “YPG” və “Hezbollah” kimi terror təşkilatlarına olan ümidlərə arxlanmaq deməkdir. Nikol Paşinyan bu təhdidlərdən sonra heç bir sual vermədən geri dönmək məcburiyyətində qalmışdır. Yaxın Şərqdə məşhur terrorçu kimi tanınan Nübar Ozanyanın terrorçu kimi qəddarcasına törətdiyi əməllərini elə İrəvanda da çox yaxşı bilirlər. Onun adını daşıyan “Ozanyan Alayı” da bu misisyanı davam etdirir. 40 ildən çoxdur fəaliyyət göstərən İrəvan-Hələb uçuş reyslərinin isə qarşısını almaqda Ermənistanda heç bir qüvvə yoxdur. Bunu “ümumerməni” hədəfi kimi qəbul edirlər.

Humanitar yardım, yoxsa terrorizmə dəstək?

8 fevral 2019-cu il tarixdən etibarən Ermənistandan Suriyaya humanitar yardım adı altında Hələb, Qamışlı və Deyr əz Zor bölgəsindəki erməni terror təşkilatlarına yenidən dəstək verilməsinə başlanııb. Rəsmi İrəvanın da özü etiraf edir ki, Suriyanın Kesab, Hələb, Qamışlı və Deyr əz Zor bölgələrində ermənilərin humanitar yardıma ehtiyacları vardır. Ancaq, o da bəllidir ki, İrəvandan Hələbə uçan təyyarələrə kimsə nəzarət etmir. İrəvandam Hələbə humanitar yardımların göndərilməsinə isə müdafiə naziri David Tonoyanın şəxsən nəzarət etdiyi bəllidir. D. Tonoyanın özü də etiraf edir ki, 2011-ci ildən başlayaraq İrəvan-Hələb humanitar hava dəhlizi fəaliyyət göstərir. Bütün bunlar İran molla rejiminin xarici işlər nazirliyi ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilir. 2014-2016-cı illərdə Suriyada yaşanılan vətəndaş müharibəsinin ən alovlu çağında Ermənistan faktiki olaraq, erməni silahlı terror qruplarını silah, ərzaq, dərman və digər yardımlarla təchiz edibdir. Həmin terror qrupları Türkiyənin antiterror əməliyyatlarına qarşı döyüş əməliyyatlarında iştirak edibdir. Həmin yardımlar həm də erməni terror qruplarının komandanlığının qərarı ilə PKK, YPG, PYD, PJAK tipli kürd terror dəstələrinə paylanılıbdır. Özəlliklə də lahpuh (kürd), assur və erməni ıhalisinə humanitar yardım kampaniyası adı altında Rusiya, Ukrayna, ABŞ, Kanada, Fransa, Hindistan, İran, Misir və digər ölkələrdəki erməni icmaları da İrəvanda bu məqsədlə yaradılmış fonda maddi dəstək veriblər. Bu prosesin siyasi ayağı isə, təbii olaraq “Daşnaksütyun Partiyası” olubdur.

D. Tonoyan: “Ermənistan ordusu Suriyada döyüşlərə hazırdır”

12 fevral 2019-cu ildə Ermənistanın müdafiə naziri David Tonoyan bu açıqlamanı veribdir. Tonoyan bu fikirlərini davam etdirərək həm də: “Tələb olunan məqamda Ermənistan ordusu Suriyadakı mühqaribədə iştirak edəcəkdir. Biz qardaş ölkədə yaşayan erməni soydaşlarımızı qorumaq üçün bu müharibədə iştirak etməyə hər an hazırıq. Ermənistan müdafiə nazirliyinin 83 nəfərdən ibarət mütəxəssisi bu məqsədlə Suriyaya göndərilibdir. Onlar yerlərdə mövcud şəraiti dəyərləndirmək üçün hazırlıqlar görürlər”.
Əslində David Tonoyan Suriyadakı erməni əhalisinə humanitar yardım adı altında Türkiyənin bölgədə terrorizmə qarşı apardığı antiterror əməliyyatlarına qarşı çıxdığını nümayiş etdiribdir. Çünki, Suriyadakı müharibənin bitməsini istəməyən, bölgədəki neft siyasəti ilə bağlı olan ölkələrin maraqlarını təmin etməklə Ermənistan tərəfi bu prosesdə iştirak edir. Bununla yanaşı, Suriyadakı erməni terror təşkilatları kürdlərə bağlı terror qrupları ilə birlikdə türkmən əhalisinə qarşı soyqırım siyasəti yürüdürlər. Digər yandan isə, “Suriya böhranı” uzandıqca dünya bazarında İran molla rejimi daha çox neft sataraq külli miqdarda pul qazanır.
Erməni siyasi texnoloqu Vigen Akopyan son açıqlamasında belə bir etirafda bulunub: “10 oktyabr 2018-ci ildə İrəvanın yaxınlığında İvan Baqramyan adına döyüş hazırlığı poliqonunda Suriyada döyüşmək üçün xüsusi hərbi təlimlər keçirilibdir. Bu, həm də onunla izah olundu ki, Suriya üzərindən Türkiyənin Yaxın Şərqdə güclü mövqelərə malik olmasına qarşı çıxmaqdır”.

Terroru həyat mənbəyinə çevirən toplum

Faktiki olaraq İrəvanda erməni mətbuatı Suriyadakı prosesləri hər gün təqib edir. Bu yöndə dəqiq informasiyaları gündəmə gətirmək imkanının olduğunu nümayiş etdirir.
Hayeli.am, barev.todey, westernarmeniatv.com, infotop.lv, shame.am, banman.am, yerkramas.org, hayastannews.com, vardanank.org, bigcaucasus.com, vestnik.am,
maxpark.com, noravank.am, armmuseum.ru, panorama.am, versia.am, hronika.info, artsakhpress.am, arm-world.ru, galatv.am, lragir.am, armenpress.am, armenia.am,
aravot-ru.am, mirvam.org, iravunk.com, armenianreport.com, news.am, dlmn.info,
hayduk.livejournal.com, zham.am, noev-kovcheg.ru, golosarmenii.am, armvesti.ru,
mil.am, nashaarmenia.info, araratnews.am, newshay.com, popados.livejournal.com,
newsarmenia.am, informnapalm.org və digər KİV-lər Ermənistanın Qafqaz və Yaxın Şərqdəki terror siyasətində yer almasının təməl prinsiplərini gündəmə gətirirlər. Belə bir düzənlə bir toplumun daim terror siyasətinin içində olması və bu prosesi gəlir mənbəyi kimi qəbul etməsi kimi anlayışları özündə ehtiva edir.
Müharibə və qan, milyonlarla insan fəlakəti, yurd-yuvasından didərgin düşənlərin acı taleyi, məşəqqətlər içində çabalayan, bir tikə çörəyə möhtac olanların taleyi üzərində milyonlar qazanmaq ideyası tarixən ermənilərə məxsus olubdur. Ona görə də harada savaş varsa, fəlakətlər yaşanılırsa, xalqların və dövlətlərin ağır böhranlarla üzləşdiyi məqamda tək qazanan erməni xislətidir.

Ə. Yusifoğlu, Hurriyyet.org