Türkiyə Kipr probleminin əsl səbəbini açıqladı - Rəsmi
26-07-2019 21:03
Baxış sayı:
12778

Şimali Kiprin icazəsi olmadan adada məskunlaşan BMT Sülhməramlılarının səlahiyyət müddətinin daha 6 ay uzadılması barədə qərar ən mühüm nöqsandır.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bəyanat verilib.
Bəyanatda Kipr probleminin əsl səbəbinin yunanların adanın gücü və zənginliyini türklərlə paylaşmaqda istəksiz olması göstərilib. Bildirilib ki, bu durum dəyişmədikcə və siyasi bərabərliyə əsaslanan ortaq bir zəmin və həll perspektivi olmadan iki tərəf arasında nəticə verəcək danışıqların aparılması mümkünsüzdür.
Qeyd edək ki, ötən gün BMT Kiprdəki sülhməramlıların səlahiyyət müddətinin daha 6 ay artırılması barədə məlumat yayıb.