Məcburi köçkünlərin yaşadığı ev yandı, xəsarət alan var
25-07-2019 14:44
Baxış sayı:
5920

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.
Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.