SON DƏQİQƏ: Hərbi təyyarəmiz qəzaya uğrayıb dənizə düşdü, pilotun axtarışı aparılır
25-07-2019 10:44
Baxış sayı:
5959

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.