SON DƏQİQƏ: 2 təyyarə havada toqquşdu
24-07-2019 16:06
Baxış sayı:
5008

Fransanın cənub-şərqində, Larş şəhəri yaxınlığında təyyarə qəzası baş verib.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, iki kiçik təyyarə havada toqquşub.
Hadisə nəticəsində 3 nəfər itkin düşüb.
Onların axtarışı təyyarənin qalıqlarının tapıldığı İtaliya ilə sərhəd yaxınlığındakı dağlıq ərazidə aparılır. Axtarış əməliyyatında helikopter də iştirak edir.