Netanyahunun seçilməsi keçəlləşməyə səbəb olur – İsrail mətbuatı

Baxış sayı:
3955

İsrail mətbuatı baş nazir Benyamin Netanyahunun yenidən bu vəzifəyə seçilmə ehtimalının ölkə əhalisində keçəlləşməyə səbəb olduğunu iddia edib.
 
"Israel HaYom" qəzetinə görə, psixoloji təzyiq - yaxın şəxsin ölümü, Netanyahunun yenidən baş nazir seçilməsi və s. vəziyyətlər insanlarda keçəlləşmə prosesini sürətləndirə bilər. 
Bu yanaşma Netanyahu tərəfdarlarının etirazına səbəb olub və saç tökülməsinə səbəb olan faktorlar arasından baş nazirin yenidən seçilməsi məsələsi çıxarılıb.