Neft Fondunun valyuta hərracında tələbat 600 milyon dollara çatıb
11-08-2016 12:42

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə - 600 mln. ABŞ dollarından çox olub.
Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.
ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.