​Nazir müavini vəzifəsindən azad edildi

Baxış sayı:
5488

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.
Muxalifet.az unikal.org-a istinadla xəbər verir ki, İlqar Rəhimov 30 oktyabrda tutduğu vəzifədən kənarlaşdırılıb.
Qeyd edək ki, 7 fevral 1964-cü ildə anadan olan İ.Rəhimov 1999-cu ildən Milli paralimpiya Komitəsinin prezidentidir. İ.Rəhimov 1999-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin I müavini vəzifəsində çalışıb.
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.