Nazarbayevin qızı erməni pezidentlə - Armen Sarkisyanla bir arada

Baxış sayı:
4731

Ermənistan Prezidenti Armen Sərkisyan ölkəsində rəsmi səfərdə olan Qazaxıstan Senatının sədri Dariqa Nazarbayevanı qəbul edib.
Muxalifet.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə olunub.
Tərəflər Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın perspektivli sahələri üzrə birgə işçi qruplarının yaradılması razılığına gəliblər.
Nazarbayeva Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin gələn il Ermənistana səfər edəcəyini bildirib və xoş qarşılanmaya görə Sərkisyana təşəkkür edib.
Dariqa Nazarbayeva Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayevin qızıdır.
 Muxalifet.az