NATO Türkiyənin tələbi ilə fövqəladə iclas keçirdi - QƏRAR VERİLDİ

Baxış sayı:
2647

NATO Türkiyə dövlətinin tələbi ilə İdlibdə baş verən döyüşlərlə bağlı fövqəladə iclas keçirib. Brüsseldə keçirilən iclasdan sonra çıxış edən NATO baş katibi Yens Stoltenberq rəhbərlik elədiyi təşkilatın Türkiyəni mühüm bir müttəfiq olaraq gördüyünü bildirərək deyib: “İdlibdəki hücumu Əsəd qüvvələri həyata keçirib. NATO Türkiyənin yanındadır. NATO Türkiyəni dəstəkləməyə davam edəcəkdir. Hava müdafiəsi də daxil olmaqla, Türkiyəni dəstəkləməyə davam edirik. Müttəfiqlər Türkiyə üçün nə edə biləcəklərini müzakirə edirlər”.

Stoltenberq İdlibdə hücumların dayandırılmayacağı təqdirdə humanitar vəziyyətin daha da pisləşəcəyini söyləyib. O deyib: “Müttəfiqlər İdlibdəki hücum nəticəsində həlak olan əsgərlər üçün başsağlığı verirlər və Türkiyə ilə tamamilə həmrəy olduqlarını bildirirlər. Müttəfiqlər Suriya rejimi ilə Rusiyanın İdlibdə davam etdirdiyi hava hücumlarını pisləyir və bu hücumları dayandırmağa, beynəlxalq hüquqa uyğun davranmağa və BMT-nin sülh təklifini dəstəkləməyə çağırırlar. Bu təhlükəli vəziyyəti bitirmək və 2018-ci ildəki atəşkəsə qayıtmaq lazımdır”./Hurriyyet.org