​NATO RUSİYAYA QARŞI ORDU QURUR - 39 batalyon, 30 hərbi hava eskadriliyası və 30 hərbi gəmi…

Baxış sayı:
4501

NATO müttəfiqləri Brüssel sammitində ittifaqın mümkün böhranlara çevik şəkildə cavab verməsini təmin edəcək NATO Hazırlıq Təşəbbüsünü imzalayıb.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların lideri olduğu təşəbbüs 2020-ci ilə qədər 39 batalyonun, 30 hərbi hava eskadriliyası və 30 hərbi gəminin döyüşə hazır vəziyyətə gətirilməsini nəzərdə tutur. Təşəbbüsün əsas məqsədi “getdikcə aqressivləşən” Rusiyaya qarşı gücləndirilmiş hazırlıqdır. Təşəbbüsün məqsədi alyansın gücünü ciddi şəkildə artırmaq və 2014-cü ildə Rusiyanın Krımı ilhaq eləməsinə bənzər hücum cəhdlərinin qarşısını almaqdır.