NATO-dan Qaradənizdəki gərginliyə münasibət

Baxış sayı:
2584

NATO Azov dənizindəki Kerç boğazında yaranan gərginliyi yaxından izlədiyini və tərəflərin itidallı davranmalarının lazım olduğunu bəyan edib.
 
NATO sözçüsü Oana Lungescu mövzuya bağlı etdiyi açıqlamada, "Azov dənizindəki Kerç boğazı ətrafındakı hadisələri yaxından təqib edirik. Ukraynalı səlahiyyətlilərlə də əlaqə saxlayırıq. İtidal və gərginliyi azaltma çağırışı edirik" deyə bildirib.
 
Lungescu NATO-nun Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və quru suları içindəki naviqasiya sərbəstisini güclü bir şəkildə dəstəklədiyini xatırladaraq, "Rusiyaya, beynəlxalq hüquqa uyğun Azov dənizindəki Ukrayna limanlarına maneəsiz daxil olmasını təmin etməsi çağırışını edirik" - deyə Rusiyadan tələb edib.
 
Avropa Birliyindən açıqlama
 
AB Komissiyasından edilən yazılı açıqlamada, "Rusiyaya Azov dənizindəki Kerç boğazı'ndaki keçid sərbəstisini yenidən təsis etməsi çağırışı edirik" deyə qeyd edilib.
Tərəflərə etidal çağırışı edilən açıqlamada, Kerç körpüsünün Rusiya tərəfindən Ukraynanın razılığı olmadan inşa edildiyinə diqqət çəkilərək körpünün Ukraynanın ərazi bütövlüyü və suverenliyini də pozduğu ifadə edilib.
Bəyanatda deyilir ki, Aİ Rusiyanın Krımın qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq.

Müxalifət.az