​NATO-dan Liviyadakı əməliyyatlarla bağlı etiraf

Baxış sayı:
4486

"2011-ci ildə Liviyada hərbi əməliyyatlara təşəbbüs göstərən NATO deyildi. Bu əməliyyatlar sonradan kömək üçün NATO-ya müraciət edən Avropa ölkələri tərəfindən düşünülmüşdü"
Bunu NATO baş katibi Yens Stoltenberq Berlində konfransda çıxışı zamanı deyib. Onu sözlərinə görə, Liviyaya hərbi müdaxilə əvvəldən NATO-nun əməliyyatları olmayıb. Hər şey bir neçə Avropa ölkəsinin təşəbbüsü ilə başlamışdı və onların sırasında Fransa ilə Böyük Britaniya daha böyük fəallıq göstərib. Baş katibin sözlərindən belə anlaşılıb ki, Liviyadakı əməliyyatlara görə məsuliyyəti NATO-nun üzərinə yıxmaq düzgün deyil. 
“Hərdən Avropadakı müttəfiqlər ABŞ-ın iştirakı olmadan nəyisə müstəqil şəkildə etməlidirlər. Liviyadakı əməliyyatları yaxşı xatırlayıram. O zaman mən Norveçin baş naziri idim və əmliyyatlara qoşulmaq barədə qərar verdim. Amma sonra biz anladıq ki, NATO-nun və ABŞ-ın köməyinə, onların hərbi imkanlarına və komanda strukturlarına ehtiyac duyuruq” – Stoltenberq bəyan edib. 
NATO-nun baş katibi Liviyadakı əməliyyatlara bir növ haqq qazandıraraq onu da vurğulayıb ki, çox zaman “strateji muxtariyyət”dən danışılarkən söhbətin nədən getdiyi tam aydın olmur - sanki təkbaşına (köməksiz) strateji tədbir keçirilməlidir kimi başa düşülür: “Lakin bunun məntiqli olduğunu düşünmürəm”./Azvision.az/