NATO-dakı qalmaqalın ARXA PLANI - ARAŞDIRMA

Baxış sayı:
6112

 Belçikadakı NATO qərargahında keçirilən rəsmi mərasimə Cənubi Kipr yunan rəhbərliyinin də dəvət edilməsinə Türkiyədən çox sərt cavab verilib. Türk nümayəndə heyəti tədbirdə iştirak etməkdən imtina edib, Xarici İşlər Nazirliyi baş verənləri izahı mümkün olmayan, böyük bir qəflət kimi xarakterizə edib.
 
Bəs baş verən bu hadisə gələcək günlərdə Türkiyə ilə NATO arasında daha böyük bir böhranın müjdəçisi ola bilərmi? Türk nümayəndə heyətinin toplantıya qatılmaması doğrudurmu və daha da önəmlisi NATO bu addımla nə etmək istəyir? Ekspertlər bütün bu problemləri dəyərləndirib.
Belçikanın Mons şəhərində yerləşən “SHAPE” qərargahında keçirilən SACEUR rəhbərliyinin təhvil-təslim mərasiminə Cənubi Kipr yunan rəhbərliyinin dəvət edilməsi Türkiyədən çox sərt reaksiya ilə qarşılanıb.
Türk heyəti Cənubi Kipr nümayəndə heyətinin dəvət edilməsi səbəbilə sözügedən tədbirdə iştirak etməkdən imtina edib, Xarici İşlər Nazirliyindən də NATO-ya qarşı son illərin ən sərt açıqlamalarından biri verilib.
Bəs baş verən bu proses, xüsusilə ABŞ ilə yaşanan gərginlikdən sonra sonra daha tez-tez müzakirə edilən "Türkiyə-NATO münasibətləri hara gedir" sualını bir daha gündəmə gətirib.
Təqaüddə olan general-mayor Fəxri Erenel və İstanbul Aydın Universitetinin müəllimi və strategiya üzrə ekspert təqaüddə olan general-mayor Nəim Babüroğlu məsələ ilə bağlı çox önəmli açıqlamalar verib.
Fəxri Erenel ABŞ-ın uzun müddətdir Cənubi Kipr yunan tərəfini öz qanadları altına aldığını xatırladaraq Şərqi Aralıq dənizindəki mübarizədə Rusiya və Çinə nisbətən geridə qalan ABŞ-ın bu cür addımlarla yeni həmlə etməyə çalışdığını qeyd edib.
ABŞ əsas olaraq Çinin Aralıq dənizindəki fəaliyyətlərinə, eyni zamanda Rusiyanın Suriya və Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə qarşı bir həmlə etmək istəyir" deyən Erenel, belə davam edib:
“ABŞ bölgəyə iki döyüş gəmisini göndərib. Bu bir ilkdir. Yunanıstan, Cənubi Kipr Yunan Rəhbərliyi və Misir ilə davamlı hərbi təlimlər keçirir, müqavilələr imzalayırlar.
ABŞ Cənubi Kipri NATO-ya daşımaq istəyir. Məlum olduğu kimi, Yunan tərəfi Avropa Birliyi ölkəsi olub, NATO üzvü olmayan nadir ölkələrdən biridir.
 
TÜRKİYƏYƏ MESAJ VERİRLƏR
 
 S-400 və buna bənzər mübahisələrin davam etdiyi bir prosesdə, Türkiyəyə mesaj verirlər və "Əgər bizimlə hərəkət etməsən, biz də sənin rəqibini öz qanadlarımız altına alarıq” deyirlər.
Əlbəttə burada bunu da ifadə etmək lazımdır, Cənubi Kiprin hərbi gücü müəyyəndir. Hər hansı bir hərbi həmlə etmək şansları yoxdur. Ancaq NATO toplantısına çağırmaları rəmzi baxımdan böyük əhəmiyyət daşıyır.
Məhz bu baxımdan bu hadisə qarşısında Türk nümayəndə heyətinin toplantıya qatılmamaq qərarıı son dərəcə doğrudur.
 Hadisənin digər bir ölçüsü də daha öncə Ruslardan S-300 aldığı üçün sanksiyaya məruz qalan Cənubi Kipr Yunan Rəhbərliyindən bu sanksiyaları qaldırmaq məsələsində də ABŞ addım ata bilər. NATO-ya dəvət bunub bir növ siqnalıdır.
 
ABŞ-ın RAZILIĞI OLMADAN GÖRÜŞƏ GƏLƏ BİLMƏZDİ
 
 Erenel bundan başqa, sözügedən dəvətin ABŞ-ın məlumatı və razılığı olmadan həyata keçirilə bilinməyəcəyinə işarə edərək "Türkiyə razı olmadığı müddətcə Yunan Kiprinin NATO-ya girmə şansı yoxdur. Mövcud vəziyyətdə Türkiyənin öz istəyi ilə ayrılmadıqca, NATO-dan çıxarılmasına imkan da yoxdur. Bu həqiqətlərə baxmayaraq belə bir dəvətin edilməsi ABŞ-ın Türkiyəyə “Addımlarını mənə görə at. Əks təqdirdə, səni hər tərəfdən mühasirə edərəm” anlamına gəlir" şəklində söyləyib.
 
NATO-nun MÜNASİBƏTİ QALMAQALDIR
 
 İstanbul Aydın Universitetinin müəllimi və strategiya eksperti təqaüddə olan general-mayor Nəim Babüroğlu da məsələ ilə bağlı çox önəmli açıqlama verib.
Sözügedən hadisəni "Cənubi Kipr Yunan Rəhbərliyinin NATO-ya daxil edilməsi istiqamətində ilk addım" kimi qiymətləndirən Babüroğlu, deyib:
“Belçikada NATO-nun ən üst səviyyə Amerikalı 4 ulduzlu komandanın təhvil-təslim mərasiminə Cənubi Kiprin dəvət edilməsi Yunan Kiprinin NATO üzvlüyünə hazırlıq mərhələsində ilk addımdır.
NATO Türkiyənin bu həssaslığını çox yaxşı bilir. Keçirilən toplantıya Cənubi Kiprin dəvət edilməsi NATO-nun Türkiyəni saymadığını göstərən qalmaqal bir mövqedir”.
Müxalifət.az