​Müştərinin hesabına səhvən 6 milyard dollar köçürüldü

Bu ilin iyun ayında Almaniyanın “Deutsche Bank” bankının müştərinin hesabına səhvən 6 milyard dollar köçürdüyü məlum olub.
“The Financial Times” qəzeti xəbər verir ki, əməliyyatı bankın valyuta şöbəsinin kiçik əməkdaşı həyata keçirib. Həmin vaxt şöbənin rəhbəri məzuniyyətdə olub.
Əməkdaşın xətası ondan ibarət olub ki, o, gün ərzində həyata keçirdiyi əməliyyatların qalığını hesablamayıb və onları ümumi məbləğ kimi götürüb.
Bank səhv barədə Böyük Britaniyanın maliyyə nəzarəti Bürosuna, Avropa Mərkəzi Bankına və ABŞ Federal Ehtiyatlar Sisteminə məlumat verib. Pulu alan müştəri isə ABŞ-ın investisiya fondlarından biri olub. Fond ertəsi gün pulu banka geri qaytarıb(virtualaz.org).