"Müdafiə naziri olub, bütün güc nazirliklərini özünüzə birləşdirməkdə hansı məqsədləriniz vardı?" - TURAN PARTİYASININ BAŞQANINDAN İSA QƏMBƏRƏ SUALLAR...

Baxış sayı:
3271

Turan Partiyasının başqanı Cahandar Bayoğlu özünün Facebook səhifəsində sabiq spiker, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə bir neçə sual ünvanlayıb. Mövzunun aktuallığını nəzərə alıb, partiya başqanının statusunu olduğu kimi dərc edirik:
"Hörmətli İsa bəy Qəmbər
!
Sizi KQB ilə əməkdaşlıqda ittiham edən, MTN-nin sabiq 1-ci müavini Sülhəddin Əkbərin MTN şefi və "Birləşmiş Müdafiə Nazirliyi"nin 1-ci müavini olmasını nədən istəyirdiniz?
Dünən Xural TV-də Əvəz Zeynallının aparıcılığında dönəmin Baş naziri Pənah bəy Hüseynli və Prezidentin köməkçisi Oktay Qasımov MTN rəhbərinin 1-ci müavini Sülhəddin bəy Əkbərin son açıqlamasıyla bağlı bir çox məqamlara aydınlıq gətirdilər. Söhbət əsnasında Sülhəddin bəyin açıqlamasında bir çox ziddiyyətli fikirlərin olduğu aydınlaşdı. Pənah bey eyni zamanda KQB ilə əməkdaşlıqda ittiham olunanlardan birinin özü, birinin də İsa bəy Qəmbər olduğunu bildirdi. 
Pənah bəy Sabirabbada işlədiyi dövrdə KQB ilə əməkdaşlıq deyil, dönəmin şəritlərinə uyğun olaraq hər kəslə ola biləcək bir söz-söhbətin olmasını bildirib, Sulhəddin bəyi təkzib etdi.
Aparıcı dəfələrlə sual verdi ki, bəs, İsa bəy bu qədər sual altına alındığı halda, nədən ittihamlara cavab vermir. Təbii ki, Oqtay bəy də, Pənah bəy də bu sualın İsa bəyə verilməsinin doğru olduğunu bildirdilər. Belə olduğu halda, mənim Sülhəddin bəyə ünvanladığım sual, eyni zamanda İsa bəyə ünvanlanmış olur.  
Hörməyli İsa bəy!
Müdafiə naziri olub, bütün güc nazirliklərini özünüzə birləşdirməkdə hansı məqsədləriniz vardı? Sizi KQB ilə əməkdaşlıqda ittiham edən, dönəmin MTN-nin sabiq 1-ci müavini Sülhəddin Əkbərin MTN şefi və "Birləşmiş Müdafiə Nazirliyi"nin 1-ci müavini olmasını nədən istəyirdiniz? Sonrakı dövrlərdə Sülhəddin bəyin Müsavat Partiyasının Başqan müavini olmasını və oğlunuza kirvəliyi necə izah edə bilərsiniz?
Hörmətli İsa bəy, bu suallarıma cavab verməyinizin doğru olacağına inanıram".
Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı İsa Qəmbərin mövqeyini dərc etməyə hazırıq.